Ordu.az xəbər verir ki, bu barədə erməni ictimai xadim Narek Mantaşyan “Facebook” səhifəsində yazıb.
“Ola bilsin, bu, belədir. Mən başa düşürəm ki, biz qonaqpərvər xalqıq, yadellini, qonağı, xüsusən də ailəsi ilə birlikdə gələn ABŞ vitse-prezidenti kimi yüksək səviyyəli qonağı özümüzdən daha çox dəyərləndiririk. Bütün bunlar xoşdur, hətta kövrəldicidir. Çünki sadə sözlərlə desəm, mütəxəssislər bunu daha peşəkar şəkildə izah edəcəklər, əslində, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Ermənistan və ABŞ hökumətləri arasında əməkdaşlıq haqqında sazişin olması bu deməkdir: hələ investisiyalar qoyulacaq ki, həmin kiçik modul reaktorların ABŞ texnologiyaları sadəcə bura gətirilsin, quraşdırılsın və ola bilsin, ehtimal ki, bəlkə tez, bəlkə gec, bəlkə burada, bəlkə də burada yox, hələ EKSPERİMENTAL şəkildə sınaqdan keçirilsin və bəlkə bir gün reallığa çevrilsin. Amma bəlkə də 5 milyard pulu başqa məqsəd üçün, məsələn, Zəngəzur üçün verəcəklər…
Hər halda, gəlin konspirasiya nəzəriyyələrinə qapılmayaq.
Hörmətli ABŞ vitse-prezidenti bildirir ki, ilkin mərhələdə təxminən 5 milyard dollar investisiyadan söhbət gedir, sonradan isə ikinci mərhələdə daha 4 milyard olacaq. İstər-istəməz xatırladım ki, əvvəlki seçkilərdən öncə də Avropa İttifaqı 2,6 milyard dollar investisiya vəd etmişdi və sonda bu, “bir neçə il ərzində 2,6 milyarda qədər” ifadəsinə çevrildi. Sonra isə məlum oldu ki, layihələrin böyük hissəsi hələ dizayn mərhələsindədir, yalnız bir qismi həyata keçirilir, o da hissə-hissə.
Bir sözlə, əgər bu pullar hakim partiyanın funksionerləri tərəfindən havaya sovrulmayıbsa, mənimsənilməyibsə, bildiyimiz qədərilə yalnız Zəngəzurda bəzi təhsil və kiçik biznes proqramları həyata keçirilib, İrəvan üçün avtobuslar alınıb, uşaq bağçaları və poliklinikalar enerji səmərəliliyi baxımından təmir edilib. Adi vətəndaşa isə yenə də heç nə düşməyib.
Hörmətli Vens deyir: “Bu, həm Ermənistan, həm də mənim ölkəm üçün enerji təhlükəsizliyi, enerji sabitliyi baxımından qarşılıqlı faydalı vəziyyətdir və həm ABŞ-də, həm də Ermənistanda çoxlu iş yerləri yaradacaq”. ABŞ-nin enerji təhlükəsizliyi və sabitliyi məsələsini Ermənistanda həll edirsiniz? Bu necə olur?.. Ay adam, sizin qazancınız nədir? Hə, düzdür, İranla qonşuyuq. Amma heç olmasa buna “ABŞ-nin enerji təhlükəsizliyi və sabitliyi üçün qarşılıqlı faydalı” adını qoymasınlar.
Yaxşı, pis söz deməyim. Adam gəlib, biz də hörmət edək, yaxşı qarşılayaq. O da təbii olaraq bizə xoş sözlər deməlidir ki, biz də özümüzü yaxşı hiss edək, bu, normaldır. Amma hakim partiyanın “tarixi səfər” ifadəsi, ən azı, gülməlidir. Gəlin olanı olduğu kimi deyək: ailəsi ilə, uşaqları ilə bahalı qonaq qəbul etmişik, həyat yoldaşı dördüncü övladına hamilədir, böyük hörmət göstəriblər, biz də çox məmnunuq, məsələ bundan ibarətdir”, - deyə Mantaşyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az