Çoksi: "Cənubi Qafqaz və Mərkəzi Asiya Amerika şirkətlərinin diqqət mərkəzindədir"

2026/02/12312-1770699850.jpg
Oxunub: 323     09:01     10 Fevral 2026    
Cənubi Qafqaz və Mərkəzi Asiya Amerika şirkətlərinin yüksək maraq mərkəzindədir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

"ABŞ Ticarət Palatası böyük bir təşkilatdır. Azərbaycandakı aktiv fəaliyyətimizə cəmi iki il əvvəl başlamışıq, lakin artıq ölkənin COP29-u nə dərəcədə uğurla keçirdiyini görməyə imkan tapmışıq. Ötən il Prezident İlham Əliyevlə görüşümüz baş tutdu və o bizi Amerika biznesini Azərbaycana daha aktiv şəkildə cəlb etməyə çağırdı", - deyə Çoksi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   ABŞ  


Bizi "telegram"da izləyin