Erməni ekspert: “TRIPP-in məqsədlərindən biri də Zəngəzurun faydalı qazıntılarının, o cümlədən uran yataqlarının nəzarətə götürülməsidir”

2026/02/1770619332.jpg
Oxunub: 434     12:41     09 Fevral 2026    
“TRIPP-in (Zəngəzur dəhlizi-red.) məqsədlərindən biri də Zəngəzurun faydalı qazıntılarının, o cümlədən uran yataqlarının nəzarətə götürülməsidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, enerji məsələləri üzrə ekspert Vahe Davtyan sosial şəbəkə hesabında yazıb.

“Ermənistanın yeraltı sərvətləri sahəsində aparıcı mütəxəssislərdən biri, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Petros Aloyanın 2010-cu ildə nəşr olunmuş kitabında (Алоян П. Ураноносность геологических формаций Aрмении. – Ереван: ГЕОИД, 2010 г.) Ermənistanda uran ehtiyatlarının əsas zonalarının dəqiq göstərildiyi xəritə təqdim olunub (xəritə əlavə edilib).

Vaşinqtonun geoiqtisadi məqsədləri kifayət qədər aydındır:

Nüvə energetikasının inkişafının inqilabi templərlə getdiyi Çin və Rusiyadan geri qalmamaq (torium reaktoru, sürətli neytronlu reaktorlar). Qeyd edək ki, bu günə qədər ABŞ bazarında zənginləşdirilmiş uranın ən böyük tədarükçüsü Rusiyadır.

Parisin Niger və Qabonda mövqelərinin zəiflədiyi şəraitdə Fransaya uran tədarükünün mümkün diversifikasiyasına imkan verməmək. Avropa bazarı Tramp tərəfindən hələ də iqtisadi kolonizasiya zonası kimi nəzərdən keçirilir”, - deyə Davtyan qeyd edib.

Onun qiymətləndirməsinə görə, TRIPP faktiki olaraq Vaşinqtonun Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizində mövcudluğunu təmin edir ki, bu da eyni zamanda bir sıra logistik, enerji, yeraltı sərvətlər və hərbi-siyasi məsələlərin həllinə imkan yaradır.

“Yaxın vaxtlarda bunlara daha ətraflı toxunacağam”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davtyan   TRIPP  


Bizi "telegram"da izləyin