Erməni ictimai xadim: “Cəlal Harutyunyanın doğma qardaşı Artyom Harutyunyanı mühakimə etmək əvəzinə faktiki olaraq vəzifə veriblər”

2026/02/Ekran-1770618538.jpg
Oxunub: 342     16:53     09 Fevral 2026    
“Cəlal Harutyunyanın doğma qardaşı, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “son polis rəisi” olan və Qarabağın itirilməsindən cəmi 10 gün əvvəl general rütbəsi alan Artyom Harutyunyanı Ermənistanın ali rəhbərliyinin göstərişi ilə Ermənistan polisində yüksək vəzifəyə təyin ediblər, general pensiyasını da saxlayıblar”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hambardzumyan “Facebook” səhifəsində yazıb.

Hambardzumyan qeyd edib ki, onu mühakimə edib həbsə göndərmək əvəzinə faktiki olaraq vəzifə veriblər.

“Düz deyirlər ki, bunlar son günlərdə Ermənistanın ali rəhbərliyinin tapşırıqlarını yerinə yetirirdilər və onların təhlükəsizlik zəmanətçiləri də elə onlardır.

Niyə indiyədək Karen Sarkisyan və Artyom Harutyunyan heç bir cinayət işi üzrə məsuliyyətə cəlb olunmayıblar? Gecə-gündüz ədalətdən danışırsınız, cənab hakimiyyət nümayəndələri.

Cəlalın “arxasını” necə qorudunuzsa, formal bir cinayət işi açmaqla, o şəkildə də qardaşını qoruyursunuz. Onsuz da sizin əlaltılarınızdır, başqa nə edəsiniz”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Ermənistan   Hambardzumyan  


Bizi "telegram"da izləyin