Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüşdə həmçinin KTMT baş katibinin müavini Valeri Semerikov və Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov iştirak ediblər.
Görüşdə kollektiv təhlükəsizliyə qarşı çağırış və təhdidlərlə mübarizəyə dair geniş spektrli məsələlər müzakirə olunub. KTMT baş katibi Rusiya Təhlükəsizlik Şurasının katibinə minnətdarlığını bildirib.
“Bu çox həssas dövrdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - deyə Taalatbek Masadikov qeyd edib.
Baş katib KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin sədrinə 2026-cı ildə təşkilata sədrlik edəcək Rusiyanın prioritetlərinin icrası istiqamətində katibliyin gördüyü işlər barədə məlumat verib. O, həmçinin Sergey Şoyquya KTMT-nin fəaliyyətinə, o cümlədən təşkilatın məsuliyyət zonasında çağırış və təhdidlərin dəf edilməsinə yönəlmiş təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkür edib.
Sergey Şoyqu mövcud beynəlxalq şəraitdə KTMT-nin işçi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkib.
“Bugünkü nəhəng turbulentlik şəraitində bizi əhatə edən ölkələrin aktiv hərbiləşdirilməsi davam edir. Belə bir vəziyyətdə çox şey KTMT çərçivəsində işin nə qədər səmərəli olmasından asılıdır”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Sergey Şoyqu həmçinin Taalatbek Masadikova bu vəzifədə uğurlar arzulayıb və qeyd edib ki, iş asan deyil, lakin baş katibin BMT də daxil olmaqla beynəlxalq fəaliyyətdəki zəngin təcrübəsi KTMT qarşısında duran vəzifələrin həllinə töhfə verəcək.
Alpər Mövludoğlu
Ordu.az