Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlıq memorandumu imzaladılar - YENİLƏNİB (FOTOLAR)

2026/02/1770139880.jpg
Oxunub: 1171     21:25     03 Fevral 2026    
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfər edib.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

Daha sonra sənədin gələcək icra mexanizmləri ətrafında müzakirələr aparılıb.

Görüş zamanı, həmçinin kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.



***

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, mərasim İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Tərəflər yüksək məhsuldarlı hesablama infrastrukturu, vacib mülki sektorlarda süni intellekt tətbiqi, mütəxəssislərin hazırlanması və birgə tədqiqatlar aparmaq sahələrində tərəfdaşlıqlarını dərinləşdirməyi planlaşdırırlar.

Netanyahu süni intellektin müasir dövrün bir aləti olduğunu və Azərbaycanla əməkdaşlığın ölkənin bu sahədə liderliyini gücləndirməyə kömək edəcəyini qeyd edib. İsrailin Baş naziri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə xoş arzularını çatdırmağı xahiş edib və İsrailə səfərini səbirsizliklə gözlədiyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin