Ermənistan xarici işlər naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı ilə görüşüb

2026/02/1770134635.jpg
Oxunub: 537     20:02     03 Fevral 2026    
Fevralın 3-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O-Flaherti ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Avropa Şurası çərçivəsində prioritet istiqamətlər, hüququn aliliyinin davamlı şəkildə möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fəaliyyətə toxunublar.

“Ararat Mirzoyan və Maykl O-Flaherti regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan və Azərbaycan arasında qurulmuş sülhün davamlı möhkəmləndirilməsinə yönəlmiş səylərə, o cümlədən humanitar xarakterli məsələlərə toxunulub”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin