“Paşinyan öz bilməzliyini nümayiş etdirib, həm KTMT üzvü ölkələrdən, həm də Qərb ölkələrindən silah almışıq” - Sarkisyan

2026/02/Ekran-1770134156.jpg
Oxunub: 422     19:53     03 Fevral 2026    
“Biz həm KTMT-yə üzv ölkələrdən silah-sursat almışıq və əldə etmişik, həm də Qərb ölkələrindən silahlar almışıq və əldə etmişik”.

Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Çindən və digər ölkələrdən də silah almışıq. Bu, bizə mane olmayıb. Pis rəqqasa həmişə nəsə mane olur”, - deyə Sarkisyan jurnalistlərlə söhbətində bildirib.

Silahların Ermənistanın suveren ərazisindən kənarda yerləşdirilə biləcəyi ilə bağlı narahatlıqların olub-olmaması barədə suala sabiq erməni prezident belə cavab verib: “Bu, prosesi bilməməyin nəticəsidir. Çünki hansı ölkədən silah alırsansa, bu barədə yazılı şəkildə müvafiq təminat verirsən. 2018-ci ilə qədər biz həmin silahlardan özünümüdafiə üçün istifadə etmirdikmi, onları Qarabağa aparmırdıqmı? Yəni bu, onun danışdığı bilməzliyin nəticəsidir. O, nəsə ilə özünü doğrultmağa çalışır, amma alınmır”.

Paşinyanın bu seçkilərdə qalib gəlmək şansının olub-olmaması barədə suala Sarkisyan belə cavab verib: “Bilmirəm, bu barədə danışmaq hələ tezdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin