Paşinyan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi ilə görüşüb

2026/02/1770133816.jpg
Oxunub: 406     19:47     03 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfərlə Ermənistanda olan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan iki ölkə arasında çoxəsrlik isti tarixi münasibətlərin mövcudluğunu vurğulayıb və bu gün də müxtəlif istiqamətlər üzrə fəal dialoqun davam etdiyini qeyd edib.

“Tərəflər müdafiə və təhlükəsizlik sahəsində gələcək qarşılıqlı fəaliyyətə dair məsələlərə də toxunublar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin