Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə bankın bölmə rəhbəri Matteo Rivilini başçılıq edib.
Bildirilib ki, görüşdə AİB tərəfindən Ermənistanda həyata keçirilən proqramlar müzakirə olunub.
“Bu kontekstdə Baş nazirin müavini iri infrastruktur layihələrində bankın iştirakına görə təşəkkürünü bildirib. Həmçinin iqtisadiyyatın inkişafına yönəlmiş proqramlar, xüsusilə də özəl sektorla birgə həyata keçirilən layihələr çərçivəsində AİB ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu, ölkədə Aİ-nin qabaqcıl təcrübəsinin və biznes mədəniyyətinin tətbiqinə töhfə verir.
Tərəflər, eyni zamanda, Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində görülən işlərə və “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsünə də toxunublar. Hər iki tərəf Baş nazirin müavini Mher Qriqoryanın 2025-ci ildə Lüksemburqa səfəri zamanı əldə edilmiş razılaşmaların və bu istiqamətdə qeydə alınan uğurların əhəmiyyətini qeyd edib”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az