Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Nikol Paşinyanın agent olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Siz məni təxribat etməyə çalışırsınız, əlimdə sənəd yoxdursa, necə deyim ki, türk agentidir? Amma onun hər şeyi tamamilə qarışdırdığı, məhv etdiyi faktdır və bu, birmənalıdır.
Onun hərəkətlərində cinayət tərkibi olub-olmadığını deyə bilmərəm, amma həm konstitusiyanın, həm də Ermənistanın qanunlarının çoxsaylı pozuntularının olduğunu deyə bilərəm. İndi özünüz müəyyənləşdirin: burada cinayət tərkibi var, xəyanət var, agent fəaliyyəti var, ya yox”, - deyə Sarkisyan qeyd edib.
O, özünə qarşı açılmış cinayət işi barədə danışarkən “Yerablur” adının qəsdən vurğulandığını da bildirib: “Bir baxın görün, hakimiyyətə yaxın KİV-lər bu işi necə təqdim edirdilər. Orada İsakov prospekti yox idi, hamısı “Yerablur”, “Yerablur” idi. H1 necə təqdim edirdi, hakimiyyət mediası necə təqdim edir, açıq deyilmi?”.
Alpər Mövludoğlu
Ordu.az