Ermənistanın üçüncü prezidenti: “MTX direktoru Sarkisyanın əleyhinə hansı ifadəni verməli idi ki?”

2026/02/Ekran-1770132720.jpg
Oxunub: 429     19:30     03 Fevral 2026    
“Belə şeylər deyərək “deyirlər…” tipli sözlər yaymaq düzgün deyil”.

Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan keçmiş Milli Təhlüəsizlik Xidmətinin (MTX) direktoru Georgi Kutoyanın Sarkisyanın əleyhinə ifadə verməli olduğu və ya həbsə düşəcəyi üçün intihar etməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirərkən deyib.

“Bilirsiniz də, o məşhur “deyirlər” haqqında lətifə var, siz də deyin. Kim deyir bunu? Deyən səhv edir. Georgi Kutoyan Serj Sarkisyanın əleyhinə hansı ifadəni verməli idi ki? Sonra nə olub, MTX direktoru idi? Bu, versiya deyil, bu, böhtandır, belə bir şey ola bilməzdi”, - deyə o vurğulayıb.

Xatırladaq ki, 2020-ci il yanvarın 12-də Ermənistan MTX-nin keçmiş direktoru Georgi Kutoyan intihar edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin