Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.
“Bir neçə ay bizim üçün qısa müddət deyil, çünki bütün rayonlarda, İrəvanın bütün icmalarında ofislərimiz, strukturlarımız var. Ofisləri və strukturları olmayanlar, əlbəttə ki, öz işlərini görməlidirlər, amma bizi hansısa marafonun içinə çəkmək istəmirlərsə, biz də buna cəlb olunmaq istəmirik”, - deyə o bildirib.
Digər qüvvələrlə vahid ittifaq şəklində seçkilərdə iştirak variantının müzakirə edilib-edilməməsi ilə bağlı suala sabiq erməni prezident belə cavab verib: “Xeyr, müzakirə etməmişik. Hesab edirəm ki, bunu mümkün də saymırıq”.
Alpər Mövludoğlu
Ordu.az