Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.
“Mən heç nə başa düşmədim. Anladığım odur ki, azərbaycanlılar bunu dəhliz adlandırır, türklər dəhliz adlandırır, Ermənistan cəmiyyətinin bir hissəsi dəhliz adlandırır, hakimiyyət isə bunu təhlükəsizlik təminatı, təminatçı, xaçvari kəsişmə və ya başqa uydurulmuş adlarla təqdim edir. Amma məlum olduğu kimi, onların dedikləri bir həftə sonra, bir ay sonra, iki ay sonra dəyişəcək və tam əksinə olacaq. Onların dediklərinə əsaslanaraq hərəkət etmək olmaz”, - deyə o bildirib.
TRIPP layihəsində risklər görüb-görmədiyi ilə bağlı suala sabiq erməni prezident belə cavab verib: “Sənədi görəndə deyəcəyəm ki, risklər görürəm, ya yox. Orduya sülhün təminatçısı olmağa imkan vermədilər, o sənəd necə sülhün təminatçısı ola bilər?
İqtisadi münasibətlər, istənilən iqtisadi fəaliyyət sülhə töhfə verə bilər, amma sülhün təminatı ola bilməz. Sülhün təminatı yalnız və yalnız buna təsir etmək imkanları böyük olan strukturlar ola bilər”.
Alpər Mövludoğlu
Ordu.az