“Daha pisini gözləyin, çox daha pis olacaq” - Sarkisyan

2026/02/Ekran-1770131766.jpg
Oxunub: 467     19:15     03 Fevral 2026    
“Daha pisini gözləyin, üstəlik bu, təkcə mənə qarşı deyil, hamıya qarşı olacaq. Prokuror özünü hakimiyyətin bir hissəsi hesab edəndə daha nə gözləyirsiniz, çox daha pis olacaq”.

Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binası qarşısında jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ona qarşı açılmış cinayət işi və məhkəmədə baş verənlərlə bağlı danışarkən deyib.

Hakimiyyətdə olduğu dövrdə də hakimlərə sifariş verilməsi və siyasi məhbusların olması ilə bağlı səsləndirilən ittihamlara toxunan Sarkisyan bildirib: “Düşünürəm ki, siz bərabərlik işarəsi qoymağa çalışırsınız, amma buna nail ola bilməyəcəksiniz. Çünki mənim sifariş verməkdə ittiham olunduğum bir nümunə göstərə bilməzsiniz. Belə bir hal olmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin