Ermənistan parlamentinin nümayəndə heyəti işgüzar səfərlə İsveçdədir

2026/02/1770127327.jpg
Oxunub: 547     18:00     03 Fevral 2026    
Ermənistan parlamenti ilə İsveç Krallığının Riksdaqı arasında demokratik əməkdaşlığın inkişafı proqramı çərçivəsində fevralın 1-dən 3-dək İsveç Krallığının paytaxtı Stokholm şəhərində Ermənistan parlamenti sədrinin müavini, Ermənistan parlamenti ilə İsveç Krallığının Riksdaqı arasında demokratik əməkdaşlığın inkişafı proqramı üzrə işçi qrupun rəhbəri Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinin tərkibinə Ermənstan parlamentinin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyan, “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicyanyan, deputatlar Lusine Badalyan, Qarnik Danielyan və parlament aparatı rəhbərinin müavini Heğine Xaçikyan daxildir.

Qeyd edilib ki, İsveç tərəfdən işçi qrupun rəhbəri İsveç Krallığının Riksdaqının üçüncü vitse-spikeri Kerstin Lundqrendir.

“Səfər çərçivəsində tərəflər parlament nəzarəti, seçicilər və vətəndaş cəmiyyəti ilə ünsiyyət və əlaqələr, eləcə də regional və icma səviyyəsində siyasət məsələlərini müzakirə ediblər.

Ermənistan parlamentinin nümayəndə heyəti işgüzar nahar formatında Uppsala qubernatoru Stefan Atefali və İsveç Krallığının Riksdaqının sabiq sədri Byorn fon Sidov ilə görüşlər keçirib, həmçinin İsveç Krallığının Milli Audit İdarəsini ziyarət edib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsveç  


Bizi "telegram"da izləyin