Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
Ordu.az-a verilən məlumata görə, əsas məqsəd onları bir araya gətirməklə qarşılıqlı tanışlığı və ünsiyyəti təmin etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaqdır. Layihə müsbət psixoloji mühit formalaşdırmağı, gələcəyə ümidli baxışı təşviq etməyi və xanımların şəxsi potensiallarını kəşf etməyə dəstəyi hədəfləyir.
Həmin çərçivədə ilkin olaraq 25 xanımın iştirakı ilə səhər yeməyi təşkil olunub.
Tədbir müddətində psixoloqla interaktiv dialoqlar qurulub və ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təlimçisi tərəfindən “Şəxsi potensialın fərqindəliyi” mövzusunda təlim keçirilib. Eyni zamanda, iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
Layihənin sponsorları NEQSOL Holding, “Bakcell” və “Norm” ASC, tərəfdaş “Günaydın” restoranı, dəstəkçilər “Arzum Beauty” mağazalar şəbəkəsi, “Gənc Psixoloqlar” İctimai Birliyi, AİİM, media tərəfdaşı ASAN TV/Radiodur.
Ordu.az