“Seçkilərdə iştirakla bağlı qərarımız yoxdur, olarsa deyəcəyik” - Sarkisyan

2026/02/sdfsd-1770122048.jpg
Oxunub: 483     16:33     03 Fevral 2026    
“Seçkilərdə iştirakla bağlı hələ qərarımız yoxdur, əgər olsa, bunu açıqlayacağıq”.

Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində deyib.

O, müxalifətin vahid cəbhə ilə seçkilərə getməsi məsələsinə toxunaraq deyib: “Hadisələr göstərir ki, müxalifətin birləşməsi çox çətin məsələdir. Söhbət bir siyahı ilə seçkilərə getməkdən getmir, düşünürəm ki, siz də belə hesab edirsiniz. Baxarıq”.

Sarkisyan əlavə edib ki, onların əsas prinsipi yalnız hakimiyyətin və Nikol Paşinyanın hədəf alınmasıdır: “Biz belə davranırıq və bundan sonra da belə davranacağıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin