Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.
Onun sözlərinə görə, bu addımın yalnız kommersiya əhəmiyyəti yoxdur, eyni zamanda enerji sisteminin sabitliyini təmin edəcək.
Xudatyan qeyd edib ki, bu, hal-hazırda Ermənistanla Gürcüstan, eləcə də Ermənistanla İran arasında tətbiq olunur.
Xudatyan əminliyini ifadə edib ki, texniki baxımdan Ermənistanın enerji sisteminin dörd qonşu ölkənin sistemlərinə qoşulması mümkündür və heç bir maneə yoxdur. “Qalan məsələlərə gəlincə, ümid edirəm ki, hadisələrin inkişafı olacaq və biz bu inkişafa hazırıq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az