Ermənistan Atom Elektrik Stansiyası təmir olunacaq

2026/02/1770113611.jpg
Oxunub: 361     14:11     03 Fevral 2026    
“Aprel ayında Ermənistan Atom Elektrik Stansiyası beş ay müddətinə ölkənin elektrik şəbəkəsindən ayrılacaq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.

O əmin edib ki, enerji sistemində mövcud olan digər güclər hesabına hər hansı problem yaranmayacaq.

Erməni nazir izah edib ki, günəş elektrik stansiyalarının gücü ümumi payda 1100 MVt təşkil edir və bu, ümumi həcmin 15 faizindən bir qədər azdır.

Xudatyan qeyd edib ki, energetika sahəsində İran ilə çox yaxşı əməkdaşlıq qurulub.

“2025-ci ildə biz elektrik enerjisini sabit şəkildə tədarük etmişik və əvəzində oradan qaz almışıq. Ermənistan-İran üçüncü yüksək gərginlikli xəttinin tikintisi 85 faiz səviyyəsində tamamlanıb”, - deyə Xudatyan bildirib.

O, 2026-cı ildə tikintinin başa çatacağına, bunun da İrana elektrik enerjisi tədarükünün artırılmasına imkan verəcəyinə ümid etdiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin