Erməni nazir: “Yeni atom elektrik stansiyası üçün konkret modelin yekun seçimi iki il ərzində ediləcək”

2026/02/1770110984.jpg
Oxunub: 378     13:24     03 Fevral 2026    
“Yeni atom elektrik stansiyası üçün konkret modelin yekun seçimi hələ həyata keçirilməyib və son qərar 2026 və ya 2027-ci illərdə veriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.

Erməni nazir tələsməyə ehtiyac olmadığını bildirib və seçiləcək model əsasında hansı ölkə ilə əməkdaşlıq ediləcəyinə dair qərar qəbul olunacağını qeyd edib.

Xudatyan izah edib ki, hakimiyyət atom elektrik stansiyasının modul tipli olmasına qərar verib.

“Bu mövzu üzrə Rusiya, ABŞ, Çin, Cənubi Koreya və Fransanın təkliflərini araşdırmağa davam edirik. Modul atom elektrik stansiyası sistemləri keçmişdə geniş şəkildə tətbiq olunmayıb, buna görə də əlavə araşdırmalara ehtiyac var və biz bunu edirik”, - deyə erməni nazir əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xudatyan  


Bizi "telegram"da izləyin