Erməni nazir: “Ermənistan Rusiya ilə dəmir yollarının bərpası üzrə danışıqları davam etdirir”

2026/02/1770110436.jpg
Oxunub: 442     13:09     03 Fevral 2026    
“Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqəni təmin edən dəmir yolu xətlərinin bərpası ilə bağlı Rusiya tərəfi ilə danışıqları davam etdirir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüş zamanı Ermənistanın ərazi idarəetməsi və infrastrukturlar naziri Davit Xudatyan bildirib.

O qeyd edib ki, Ermənistan hakimiyyətinin yanaşmasına əsasən, sözügedən sahələrdə işlər Rusiya tərəfi tərəfindən icra olunmalıdır.

Erməni nazir deyib ki, bu məsələdə dəyişiklik yoxdur. “Gözləyirik ki, bu istiqamətdə yekun qərar olacaq, lakin hazırda hələlik belə bir qərar yoxdur”, - deyə Xudatyan vurğulayıb.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı təcili qaydada dəmir yolunun Arazdəyəndən Naxçıvan sərhədinədək, İcevandan Qazaxa, eləcə də Axurikdən Türkiyə sərhədinədək olan hissələrinin bərpasına çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xudatyan   Ermənistan  


Bizi "telegram"da izləyin