Eməni din xadiminin həbs müddəti 2 ay uzadılıb

2025/12/1764864236.jpg
Oxunub: 417     11:59     03 Fevral 2026    
Bu gün İrəvanın ümumi yurisdiksiya məhkəməsinin “Kentron” iqamətgahında erməni din xadimi Arşak Srbazanın həbs müddətinin uzadılması barədə qərar elan edilib, həbs qətimkan tədbiri daha 2 ay müddətinə uzadılıb.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Arsen Babayan məlumat yayıb.

O qeyd edib ki, qərarda yalnız Arşakın bacısı uşaqları ilə görüşünə qoyulan qadağa aradan qaldırılıb.

Ötən gün erməni vəkil Ruben Melikyan görüş qadağasının daha da sərtləşdirilməsi ilə bağlı vəsatət qaldırıldığını bildirmişdi.

Xatırladaq ki, Arşak Srbazan 2025-ci il dekabrın 5-də iki ay müddətinə həbs edilib.

O, dekabrın 4-də saxlanılıb. Arşak Srbazan 2018-ci ildə erməni katolikosun əleyhinə aksiya keçirənlərdən birini nüfuzdan salmaq məqsədilə onun çantasına narkotik maddə yerləşdirməkdə ittiham olunur.

Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, cinayət işinin ibtidai istintaqı zamanı həmin şəxs barəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1-ci və 4-cü bəndləri (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, kütləvi tədbirlərin keçirildiyi yerlərdə narkotik vasitələrin qanunsuz satışı/dövriyyəsi) ilə cinayət təqibi başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Arşak-Srbazan   Ermənistan  


Bizi "telegram"da izləyin