Səbuhi Qəhrəmanov: "Gənclər Azərbaycanın qazandığı uğurların davamı üçün təşəbbüs göstərməlidir"

2026/02/545d4-1770103238.jpg
Oxunub: 380     11:10     03 Fevral 2026    
Azərbaycanın inkişafında gənclərin rolu böyükdür.

Ordu.az xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Azərbaycan Gənclərinin XI Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın qazandığı uğurların qorunması və davam etdirilməsində gənclər təşəbbüs göstərməlidir:

"İstər tibb, istərsə də elm sahəsində inkişaf etmək üçün gənclərə ehtiyac var. Çüni gənclərimiz daim inkişafa və öyrənməyə açıqdırlar. Bu səbəbdən Azərbaycanın gələcəyi parlaqdır".

S.Qəhrəmanov eyni zamanda Xankəndidə sistemli şəkildə gedən abadlaşma işlərini diqqətə çatdıraraq gənclərin inkişafı üçün yaradılan əlverişli şəraitdən danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gənclər   Azərbaycan  


Bizi "telegram"da izləyin