“Əminik ki, Ermənistan Brüssel və Vaşinqtonun xoş niyyətlərinin arxasında nəyin gizləndiyini anlayır” - Lavrov

2026/02/1770058049.jpg
Oxunub: 447     22:45     02 Fevral 2026    
“Əminik ki, Cənubi Qafqaz ölkələri, o cümlədən Ermənistan anlayır ki, Brüssel və Vaşinqtonun guya xoş niyyətlərinin arxasında soyuq hesablamalar gizlənir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Onlar üçün Rusiya ilə tarixi və ayrılmaz şəkildə bağlı olan bu region ölkəmizə zərər vurmaq məqsədilə təzyiq göstərə biləcəkləri potensial ağrılı nöqtədən başqa bir şey deyil.

Biz ondan çıxış edirik ki, Ermənistan rəhbərliyinin xarici əlaqələrin şaxələndirilməsi xətti müttəfiqlərlə əməkdaşlığın dayandırılmasını, ölkəmizə “strateji məğlubiyyət” yaşatmaq istəyən birlik və ittifaqların meyarlarına yönəlməyi nəzərdə tutmur”, - deyə o qeyd edib.

Rusiya XİN-ə sual ünvanlanıb ki, Rusiya ənənəvi müttəfiqlərini, Ermənistanı, Suriyanı, Venesuelanı və İranı ABŞ-nin istəklərinin ixtiyarına buraxır? Cavabda bildirilib: “Ermənistan ilə münasibətlərimiz möhkəm hüquqi-müqavilə bazasına əsaslanır və bu baza onların müttəfiqlik statusunu təsbit edir. Biz dəfələrlə müxtəlif səviyyələrdə məhz ikitərəfli əlaqələrin bu xarakterindən çıxış etdiyimizi vurğulamışıq. Xalqlarımızı əsrlər boyu davam edən dostluq, ümumi tarix, sivilizasiya və dünyagörüşü yaxınlığı birləşdirir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan  


Bizi "telegram"da izləyin