Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfər zamanı general Anil Çauhana akademiyanın strukturu, tədris proqramları və kursantların peşə hazırlığının xüsusiyyətləri barədə məlumat verilib.
Qeyd edilib ki, Ermənistanın Hərbi Akademiyasında Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi Anil Çauhan informasiya texnologiyaları laboratoriyasının və məsafədən təhsil mərkəzinin açılış mərasimində iştirak edib.
Bildirilib ki, daha sonra general Anil Çauhan Ermənistan Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinə baş çəkib, universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb, ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətləri ilə tanış olub və mühazirə ilə çıxış edib.
Alpər Mövludoğlu
Ordu.az