Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Karapet Qukasyan barəsində tətbiq edilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Bildirilib ki, Artyom Mkrtçyan barəsində tətbiq edilmiş qətimkan tədbiri olan ev dustaqlığı isə ölkəni tərk etmə qadağası ilə əvəzlənib.
Qeyd edək ki, yanvarın 21-də Gümrüdə kütləvi iğtişaşların törədilməsi faktı üzrə başlanmış cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı 4 şəxs barəsində ictimai cinayət təqibi başlanıb. Onların arasında şəhər meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan və kürəkəni Avetis Arakelyan da var. İş artıq məhkəməyə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az