İrəvan məhkəməsi Şahramanyanın qaldırdığı iddianı rədd edib

2026/02/fdgdf-1770036510.jpg
Oxunub: 532     16:45     02 Fevral 2026    
İrəvan şəhəri ümumi yurisdiksiya mülki məhkəməsi ləğv edilmiş qondarma qurumun “keçmiş rəhbəri” Samvel Şahramanyanın Ermənistan Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə və “Ermənistan tarixi” 9-cu sinif dərsliyinin müəllifi Njdeh Hovsepyana qarşı qaldırdığı iddianı rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Şahramanyanın vəkili Roman Yeritsyan bildirib.

Onun sözlərinə görə, məhkəmə açıq şəkildə vurğulayıb ki, iddiaçının şərəf və ləyaqəti bununla ləkələnməsə də, tarix dərsliyində yer alan məlumatlar natamamdır.

“Eyni zamanda, məhkəmə iddiaya əlavə olunmuş sənədləri əsas götürərək, iddiaçının narahatlıqlarının əsaslı və hüquqi baxımdan düzgün olduğunu qeyd edib”, - deyə Yeritsyan qeyd edib.

Xatırladaq ki, Şahramanyan dərslikdə yer alan “Qarabağ rəhbəri” “Qarabağ”ın ləğvi barədə fərman imzaladı” cümləsini mübahisələndirirdi. Onun fikrincə, bu cümlədən əvvəl və sonra gələn ifadələr və ümumi mətn elə tərtib olunub ki, oxucuda və şagirddə yanlış təsəvvür yaradır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Şahramanyan  


Bizi "telegram"da izləyin