Paşinyan “Zayed” insan qardaşlığı üzrə 2026-cı il mükafatını almaq üçün Əbu-Dabiyə gedir

2026/01/1767869415.jpg
Oxunub: 621     16:38     02 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 4-də Əbu-Dabidə Şeyx Zayed Fondunun “İnsan qardaşlığı naminə” 2026-cı il mükafatının təqdimetmə mərasimində iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu məlumatı Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan təsdiqləyib.

Əbu-Dabidə Nikol Paşinyanla Azərbaycanın Prezidenti İlham Əliyev arasında ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala Bağdasaryan cavab olaraq bildirib:

“Qeyd etdiyim kimi, hazırda yalnız mükafatlandırma mərasimi barədə məlumatım var və təsdiq edirəm ki, Nikol Paşinyan mərasimdə iştirak edəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Əbu-Dabiy   Əbu-Dabi  


Bizi "telegram"da izləyin