Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, siyasi hesablamalar, dar şəxsi maraqlar və kin-küdurət əsasında orduda bu institutun dağıdılması ordudakı mövcud mühitə, insan münasibətlərinə və nəticə etibarilə döyüş qabiliyyətinə böyük zərər vuracaq.
“Tarixə düşmək istəyənlər az deyil. Bəziləri bu məqsədə çatır, amma məsələ ondadır ki, qəhrəman, yoxsa antiqəhrəman statusu ilə?
Paşinyan bu seçimi çoxdan edib, amma o, antiqəhrəman damğasını təkbaşına daşımaq niyyətində deyil. Dünən bu qərarı Papikyan verdi, sabah onun digər komanda üzvləri də verəcək.
Tarixin çarxını geri çevirmək mümkün deyil, tarixi redaktə etmək mümkün deyil. Mümkün olan yeganə şey bu vəhşilərin hakimiyyətdən uzaqlaşdırılmasından sonra onların vurduğu ağır zərərlərin bərpasıdır. Bu, vaxt aparacaq, amma mümkündür”, - deyə Abrahamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az