Erməni partiya sədri: “Türkiyə ilə sərhədi açırıq, amma iqtisadiyyatımızı qorumuruq”

2026/01/1769845877.jpg
Oxunub: 429     17:39     02 Fevral 2026    
“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı Ermənistan dövlət kimi hazırlaşmalıdır”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bildirib.

“Bu nə deməkdir? Biz Türkiyə-Ermənistan sərhədini açmazdan əvvəl özümüzü, iqtisadiyyatımızı, torpağımızı, daşınmaz əmlakımızı qoruya bilməliyik. Bizdə aydın qaydalar və tənzimləmələr olmalıdır ki, məsələn, kimlər Ermənistanda strateji və qeyri-strateji obyektlərdə, sərhədyanı və qeyri-sərhədyanı rayonlarda, şəhərlərdə, kəndlərdə torpaq, daşınmaz əmlak, paylar ala bilər. Və sərhədin açılmasından əvvəl həyata keçirilməli olan bir çox başqa tənzimləmələr.

Hamımız görürük ki, bu gün sərhədin açılmasından əvvəl heç nə edilmir ki, deyək: məsələn, yaxşı, bu addım atılıb, artıq müəyyən hazırlığımız var. Məgər bizim heç bir narahatlığımız yoxdur? Bu gün bütün dünyada proteksionizm tətbiq olunur. Proteksionizm nədir? Ölkələrin öz iqtisadiyyatını, öz istehsalçısını, öz kəndlisini, fermerini, tikinti sektorunu qorumasıdır, müxtəlif qanunlar, qaydalar qəbul edirlər ki, qonşu ölkələrdən və ümumiyyətlə kənardan qorunsunlar. Bunu da ona görə edirlər ki, həmin ölkənin ərazisində inkişaf üçün üstünlük həmin ölkənin vətəndaşlarına məxsus olsun. Ermənistan hələ də Avropa modelinə uyğun milli dövlətdir. Buna görə də, əgər Avropa modelinə uyğun milli dövlət olan Ermənistanı itirmək istəmiriksə, bu addımları atmalıyıq”, - deyə o qeyd edib.

Marukyan vurğulayıb ki, parlament çoxluğu da, müxalifət də bu cür addımlarla çıxış edə bilər.

“Bir daha təkrar edirəm: Ermənistan heç vaxt sərhədin açılmasına bu qədər yaxın olmayıb. Əgər əvvəllər bunun yersiz məsələ olduğunu deyə bilərdiksə, o qədər də aydın deyildi ki, sərhəd sabah-o biri gün açılacaq. İndi bu, müvəqqəti məsələ deyil, indi bu addımlar atılmalıdır. Əgər yoxdursa, onda sərhədin açılması təxirə salınmalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin