Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Paşinyan komandaya təlqin edir ki, qələbələri şübhəsizdir, lakin bunu elə etməlidirlər ki, 50+1 deyil, 60 faiz səs toplasınlar və təkhakimiyyətli idarəetmə formalaşdırsınlar.
“Komandada bir çoxları Paşinyanın dediklərini ciddi qəbul edib və özləri də pafoslu çıxışlar edirlər. Bununla yanaşı, “Vətəndaş Müqaviləsi” partiyasında elə şəxslər də var ki, başa düşürlər: Paşinyan sadəcə komandaya ruh verir, mühüm tədbir ərəfəsində psixoloji iş aparır ki, ümidsizlik və məğlubiyyət əhvali-ruhiyyəsi komandada kök salmasın və bunun doğura biləcəyi nəticələrdən qaçınılsın. Məqsəd odur ki, hamı “canla-başla” qələbə üçün çalışsın.
Müxalifət isə tam əksinə, gün boyu “Vətəndaş Müqaviləsi”nin artıq qalib gəldiyi, özlərinin isə uduzduqları barədə danışır. Hətta taktika seçərkən və insan psixologiyası məsələlərində belə Paşinyanın çevikliyindən geri qalırlar”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az