MAXAR, “Starlink” və “Javelin”: Müasir Müharibənin Qələbə Formulunun Anatomiyası (ANALİZ)

2025/12/1766668618.jpg
Oxunub: 1153     11:34     13 Yanvar 2026    
2022-ci il martın 7-də “New York Times” qəzeti ABŞ və NATO-nun Ukraynaya 6 gün ərzində 17 mindən çox tank əleyhinə silah daxil etdiyini xəbər verib. Bu miqdar dəhşətli bir miqdardır. İnsanların atacaq daş tapmadığı bir yerdə 17.000 “Javelin” və ya tank əleyhinə raketdən ən azı 50% uğurlu atış edildikdə, 8500 tank məhv edilir. Bu miqdar Rusiyanın 13.000 tankının yarısından da çox deməkdir.

Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsi məqsədilə 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin “Ukraynanın ordudan və nasizmdən təmizlənməsi” üçün başladığı hərbi əməliyyat kimi tarixdə yerini aldı. Bu günə qədər də bu əməliyyat davam etməkdədir.

Dəyişən müharibə forması və miqyası ilə bu əsrin müharibələr tarixində mühüm bir dönüş nöqtəsi olacağı da başqa bir həqiqətdir.

Böyük Britaniyanın “Telegraph” qəzetinin verdiyi məlumata görə Rusiya 900 min nəfərlik aktiv hərbi qüvvəsi ilə dünyanın ən böyük dördüncü ordusuna sahibdir. Rusiya, həmçinin son 10 ildən artıq müddətdə müdafiə sektoruna böyük xərclər edib. 2000-ci ildə 141 milyard rubl olan Rusiya müdafiə büdcəsi 2021-ci ildə 3,1 trilyon rubla çatıb.

“Global Firepower”ın 2021-ci il hesabatına görə, iki ölkə ordularının gücü:

Rusiya ordusu dünya sıralamasında ikinci yerdə dayanır.

Ukrayna isə dünya orduları arasında 25-ci sıradadır.

Ümumi əhalisi 141 milyon olan Rusiyanın ümumi hərbi personalı 3 milyon 569 min, aktiv əsgər sayı isə 1 milyon 14 min nəfərdir.

Təxminən 44 milyon əhalisi olan Ukraynanın ümumi hərbi personalı 1 milyon 245 min, aktiv əsgər sayı 255 mindir.

İki ölkə arasındakı aktiv personal sayı fərqi Rusiya xeyrinə 759 min nəfərdir.

Rusiyanın ehtiyat personalı iki milyon nəfərdir. Ukraynanın ehtiyat personalı isə 900 mindir.

Paramilitar qüvvələr baxımından Rusiya 555 min, Ukrayna isə 90 min səviyyəsindədir.

Rusiyanın müdafiə xərcləri 42 milyard 149 milyon dollardır.

Ukraynanın müdafiəyə ayırdığı büdcə isə 9 milyard 600 milyon dollardır.


Ukraynanın xarici borcu 130 milyard dollar olduğu halda Rusiyanın xarici borcu 539 milyard 600 milyon dollardır. Xarici borc baxımından Ukrayna Rusiyadan 409 milyard 600 milyon dollar daha yaxşı vəziyyətdədir.

Digər tərəfdən Rusiya 432 milyard 700 milyon dollar valyuta ehtiyatına sahibkən, Ukraynanın valyuta ehtiyatı 18 milyard 810 milyon dollardır.

Alıcılıq qabiliyyəti pariteti baxımından dünyada altıncı sırada olan Rusiya 4 trilyon 025 milyard gücə sahibdir. Dünya sıralamasında 48-ci yerdə olan Ukrayna üçün bu rəqəm 378 milyard 450 milyon dollardır.

Müharibə başlamazdan əvvəl Rusiyanın ümumi hava vasitəsi 4 min 144 idi. Ukraynanın ümumi hava vasitəsi isə 285 idi.

Rusiyanın 789, Ukraynanın isə 42 qırıcı təyyarəsi var idi. Aralarındakı fərq isə 747 qırıcı təyyarə idi.

Qlobal atəş gücü sıralamasında dünyada ikinci yerdə olan Rusiyanın 742, Ukraynanın isə 25 hücum təyyarəsi var idi.

Rusiyanın 1540, Ukraynanın isə 111 helikopteri mövcud idi.

Rusiyanın 538, Ukraynanın isə 34 hücum helikopteri var idi.

Tank gücü baxımından dünyada lider mövqedə olan Rusiyanın 13 min tankı var idi. Ukraynanın isə 2430 tankı mövcud idi.

Rusiyanın 27 min, Ukraynanın isə 11 min 435 zirehli maşını var idi.

Özüyeriyən artilleriya baxımından da dünyada ilk sırada olan Rusiyanın 6 min 540, Ukraynanın isə 785 artilleriya qurğusu var idi.

Rusiyanın 4 min 465, Ukraynanın isə 2 min 40 yedəkdə daşınan artilleriya qurğusu var idi.

Ukraynanın aviadaşıyıcı gəmisi yox idi, Rusiyanın isə bir aviadaşıyıcı gəmisi mövcud idi.

Rusiya 64 sualtı qayığa sahib olarkən, Ukrayna ordusunun sualtı qayığı yox idi.

Eyni zamanda Rusiyanın 15 esminesi var idi, bu rəqəm isə Ukrayna ordusu üçün sıfır idi.

Ukraynanın 1, Rusiyanın isə 11 freqatı var idi.

Rusiya 85, Ukrayna isə 0 korvetə sahib idi.

Rusiya 48 mina gəmisinə sahib idi, lakin Ukraynanın inventarında belə bir gəmi mövcud deyildi.

Bütün bu açıqlamalardan görünür ki, müharibənin əvvəlində Rusiya qüvvələri sayca Ukrayna qüvvələrindən azı 3-4 dəfə üstün idi.

Müharibənin başladığı fevralın 24-dən etibarən Ukrayna qüvvələrinin Rusiya qüvvələrinə ağır itkilər verdirməsi xəbərləri də mətbuatda tez-tez oxunan bir vəziyyət idi.

Ukraynanın peyk nəzarəti və GPS istiqamətləndirməsi ilə atılan “Neptun” raketləri ilə batırdığı “Moskva” gəmisi Rusiyanın Qara dənizdəki flaqman gəmisi hesab olunurdu.


Peyk və idarəetmə sistemlərinin bu hadisədə də istifadə edilməsi təsadüf deyildi.

Nə baş verdi ki, Rusiya Ukrayna qüvvələrinə qarşı qısa bir müddət içində üstünlük əldə edə bilmədi?

Bax, bu sualın cavabını ABŞ şirkəti olan “MAXAR Technologies”in Ukrayna dövlətinə verdiyi peyk əsaslı görüntülərdə axtarmaq olar.

“MAXAR Technologies” xüsusi bir şirkət olması səbəbilə rəsmi qurum deyil. Bu səbəbdən əldə olunan görüntülər müharibə aparan ölkələr tərəfindən digər bir müharibə aparan ölkəyə rəsmi yardım kimi qiymətləndirilmədiyi üçün bütün bu fəaliyyətlər normal hal hesab olunur.

Əks halda, hansısa ölkə Ukraynaya rəsmi şəkildə kömək edirsə, bu, müharibə aparan ölkəyə kömək kimi görünəcək və beləliklə, bu, tərəf tutmaq halına çevriləcək.

Üstəlik, bu gün Ukraynaya açıq və nümayişkaranə şəkildə tank, artilleriya və silah yardımı edilir.


MAXAR Texnologiya Şirkətinin Ukrayna üzərindəki bütün hərbi hərəkətliliyi anında aşkarlayaraq, bəzi ölkələrlə birlikdə Ukrayna Silahlı Qüvvələrinə və əməliyyat mərkəzlərinə ani görüntü ötürdüyü də başqa bir həqiqətdir.

Ukrayna bu ani xəritələrə əsasən, gündəlik və anlıq dəyişiklikləri dərhal müəyyən edir. Bu məlumatlarla əks-müdafiə tədbirlərinə üstünlük verir və Rusiya qüvvələrinin irəliləyişini ona təqdim edilən yüksək dağıdıcı gücə sahib müasir silahlarla da önləyir. Bu silahların başında “Javelin” və NLAW tank əleyhinə silahları gəlir.

2022-ci il martın 7-də “New York Times” qəzeti ABŞ və NATO-nun Ukraynaya 6 gün ərzində 17 mindən çox tank əleyhinə silah daxil etdiyini xəbər verib. Bu miqdar dəhşətli bir miqdardır. İnsanların atacaq daş tapmadığı bir yerdə 17.000 “Javelin” və ya tank əleyhinə raketdən ən azı 50% uğurlu atış edildikdə, 8500 tank məhv edilir. Bu miqdar Rusiyanın 13.000 tankının yarısından da çox deməkdir.

Bütün bu hadisələrin xülasəsi olaraq peyk sistemlərinin Ukraynada uğurlu ola bilməsi üçün isə internet tələb olunur. Rusiyanın Ukraynanın elektrik və rabitə şəbəkəsinin böyük bir hissəsini müharibədə kəsmək məqsədilə bombalayacağı da başqa bir həqiqətdir.

Bu məqamda Ukraynaya aid peyk görüntüləri əsasında MAXAR şirkəti rus zirehli birliklərinin hərəkəti barədə məlumatı Ukrayna ordusuna və “Javelin”, NLAW istifadə edə biləcək mülki milis qüvvələrinə ötürmək məcburiyyətindədir.

Bax, mediada yer alan xəbərlərə görə, İlon Maskın “Starlink” peyk sistemləri də ABŞ tərəfindən Ukraynanın bu ehtiyacını qarşılamaq üçün istifadə olunub.

Britaniya, Fransa və ABŞ peykləri Avropa üzərində davamlı kəşfiyyat məlumatları toplayır, bu ölkələr müharibədə tərəf olmadıqları üçün Rusiya həmin peykləri vurmur. Rusiya yalnız Ukraynanın rabitə və internet infrastrukturuna zərər vurur, lakin bu problem özəl şirkətlər vasitəsilə müəyyən qədər həll olunur və nəticədə Ukraynaya fasiləsiz internet rabitəsi təmin edilərək, Rusiya birliklərinin anlıq hərəkətləri dərhal ötürülür.

Rusiya strateji baxımdan ən böyük səhvini bütün qüvvələrini Ukrayna ərazisinə yayaraq, bölmələrini qorunmasız və ya açıqda qoymaqla edib. Beləliklə, “Javelin” və NLAW silahına sahib olan hər bir bölmə öz bölgələrinə gələn birliklərə və tank qüvvələrinə bir şəkildə pusqu quraraq, bu təkbaşına hərəkət edən zirehli tankları yalnız yaxalayıb məhv edib və Rusiya zirehli birliklərinə böyük zərər vurub. Bilinməlidir ki, son iki il ərzində mülki əhali bir şəkildə Ukraynada silah təlimi alıb.

Qış mövsümünün ağır şərtləri və ərazinin palçığa çevrilməsi nəticəsində sürətlə və təkbaşına irəliləyən Rusiya birlikləri yanacaq və ərzaq çatışmazlığı, isinmə çətinlikləri, sıradan çıxmış zirehli texnikaların logistikası və təmiri ilə yanaşı, əlavə olaraq xilasetmə ehtiyacı ilə də üzləşiblər.

Yəni bir şəkildə “Javelin” qarşısında tamamilə müdafiəsiz qalıb ovlanıblar.


Ukrayna üzərindəki peyk sistemləri hərəkətdə olan bütün canlı və cansız obyektləri anbaan izləyir. Peyklərin termal rejimdə işləməsi sayəsində mühit temperaturundan fərqlənən insan, heyvan və texnika aşkar edilir, lazım gəldikdə hədəf kimi tanınaraq, Ukraynadakı əməliyyat mərkəzlərinə ötürülür. Nəticədə “Javelin” ilə təchiz olunmuş, təlim keçmiş bölmələr həmin hədəfləri pusquya salaraq və ya hərəkətsiz vəziyyətdə yaxalayaraq, bir-bir məhv ediblər.

Rusiya bəlkə bu müharibədə çətinliklə də olsa, uğurlu olacaq. Amma etdiyi strateji səhvlər və müharibənin peyklər vasitəsilə idarə olunacağını hesablaya bilməməsi səbəbilə də ağır itkilər verərək, bu müharibəni qazanacaq.

Bu hadisələrdən ölkəmiz üçün çıxarılan əsas dərs bundan sonra başlayır. Ölkə peyk görüntüləmə, enerji müxtəlifliyi və internet infrastrukturunu mərkəzləşdirilmiş deyil, çoxnöqtəli və ya alternativ sistemlər üzərində planlamalı və bu istiqamətdə bütün gücü ilə çalışmalıdır. Nəqliyyat da daxil olmaqla, bütün mühüm sistemlərin infrastrukturu bu yanaşmaya uyğun şəkildə hazırlanmalıdır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peyklər   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin