Təbriz yaxınlığında İsrailin F-35 döyüş təyyarəsi vurulub

2025/06/1749714061.jpg
Oxunub: 541     16:19     23 İyun 2025    
İsrailin ikinci F-35 döyüş təyyarəsi Təbriz şəhəri yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Ordu.az xəbər verir ki, bunu "Aşura" korpusunun (SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki bölməsi) ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Möhsün Bəxt-Şokui deyib.

"Vurulan təyyarənin pilotu da əsir götürülüb", - İranlı polkovnik əlavə edib.

Onun sözlərinə görə, ilk F-35 döyüş təyyarəsi də iyunun 15-də həmin ərazidə məhv edilib. Hələlik İsrail və xarici KİV-lər məlumatı təsdiqləməyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təbriz   İsrail   F-35  


Bizi "telegram"da izləyin