Kreml İranın ali rəhbərinin məktubunun prezidentə verilməsini təkzib edib

2024/07/thumb-1721842996.jpg
Oxunub: 299     15:38     23 İyun 2025    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İran XİN başçısı Abbas Əraqçinin prezident Vladimir Putinə bu ölkənin ali rəhbərindən məktub gətirməsi barədə məlumatı təkzib edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "İnterfaks" xəbər verir.

"Amma siz gördünüz, o məktubu olmadan gəldi", - deyə Peskov "Rossiya 1"ə müsahibəsində Əraqçinin Putinə İranın ali rəhbərindən yazılı məktub gətirməsi barədə məlumatı şərh edərkən bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   İran  


Bizi "telegram"da izləyin