Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

2025/06/1750677083.jpg
Oxunub: 355     15:00     23 İyun 2025    
Suriyanın Dəməşq şəhərində yerləşən kilsədə törədilən terror aktı nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyinin Səhiyyə Nazirliyinə istinadən məlumatında bildirilib.

Qeyd edilib ki, 63 nəfər yaralanıb.

Xatırladaq ki, hadisə iyunun 22-də yunan pravoslav kilsəsində baş verib. Şahidlərin sözlərinə görə, iki kişi ibadət edən şəxslərə atəş açıb, sonra onlardan biri özünü partladıb. Suriya Daxili İşlər Nazirliyi bildirib ki, özünü partladan şəxs İŞİD ilə əlaqəli olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Partlayış  


Bizi "telegram"da izləyin