"Regional böhranlar fonunda Rusiya və İranın strateji əməkdaşlığı güclənir" - XİN rəhbəri

2025/06/1750590339.jpg
Oxunub: 362     14:54     23 İyun 2025    
İranın xarici işlər naziri Abbas Araqçi regionda böhranların dərinləşməsindən danışıb və Tehranla Moskva arasındakı münasibətlərin artan strateji əhəmiyyətini vurğulayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

“Bizim münasibətlərimiz çox yaxındır və son illərdə strateji məzmun qazanıb”, – deyə Araqçi bildirib. O, xüsusilə Rusiyanın İranın atom energetikasının inkişafında tərəfdaş kimi rolunu vurğulayıb, atom elektrik stansiyasının tikintisinə verilən dəstəyi və nüvə silahsızlaşdırılması məsələlərində əməkdaşlığı qeyd edib.

İran XİN rəhbəri İran obyektlərinə endirilən zərbələrlə bağlı artan gərginlikdən təəssüf hissi keçirdiyini bildirib. “İsrail və ABŞ-nin bu addımları tamamilə qeyri-legitimdir və beynəlxalq normaları pozur”, – deyə Araqçi vurğulayıb.

O qeyd edib ki, İran hazırda suverenliyini və ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin