Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva “Bloomberg TV”yə müsahibəsində bildirib.
"Biz bunu son dərəcə qeyri-müəyyən şəraitdə daha bir qeyri-müəyyənlik mənbəyi kimi qiymətləndiririk", - o deyib.
İcraçı direktorun sözlərinə görə, bu, IMF-nin diqqətlə izlədiyi enerji qiymətlərində özünü daha çox büruzə verib, lakin "ikinci və üçüncü dərəcəli təsirlər də ola bilər".
K.Georgiyeva bildirib ki, IMF ilk növbədə davam edən münaqişənin neft və qaz sektorunda risk premiyasına necə təsir edəcəyini araşdırır.
O xəbərdarlıq edib ki, volatillik nə qədər yüksək olarsa, biznes üçün vəziyyət bir o qədər pisdir: "Qeyri-müəyyənlik olduqda nə baş verir? İnvestorlar investisiya qoymur, istehlakçılar istehlak etmir və bu, iqtisadi artım perspektivlərini məhdudlaşdırır".
Ordu.az