Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub

2025/02/oil-d-1738420106.jpg
Oxunub: 349     11:06     23 İyun 2025    
Rusiyanın Ukraynanın Çerniqov vilayətinə PUA hücumu nəticəsində iki nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov Vilayət Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən xəbər verir.

Qeyd olunub ki, iyunun 22-si axşam Rusiya qüvvələri Çerniqov vilayətinin kəndlərindən birinə hücum edib. Zərbə "Lanset" tipli kamikadze dronları ilə endirilib.

Hücum nəticəsində iki nəfər həlak olub. Daha on nəfər yaralanıb, onlardan üçü uşaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin