KXDR ABŞ-nin İrana zərbəsini BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib

2024/09/6d686-1727590280.jpg
Oxunub: 338     08:09     23 İyun 2025    
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-nin İrana hərbi zərbə endirməsini kəskin şəkildə pisləyib və bu addımı BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi dəyərləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi KXDR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.

“KXDR ABŞ-nin İrana hərbi hücumunu qətiyyətlə pisləyir və bunu BMT Nizamnaməsinin – suverenliyə hörmət və daxili işlərə qarışmamaq kimi əsas prinsipinin – kobud şəkildə pozulması hesab edir”, – deyə rəsmi nümayəndə bildirib.

Diplomat əlavə edib ki, dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı gücdən istifadə edilməsi və ya bu məqsədlə təhdidlər BMT Nizamnaməsinə ziddir və beynəlxalq hüququn pozulmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   İran  


Bizi "telegram"da izləyin