Norveç Ukraynanın müdafiə sənayesinə 400 milyon dollar ayırır

2025/05/1746161900.jpg
Oxunub: 415     04:39     23 İyun 2025    
Norveç Ukraynanın hərbi sənaye kompleksinə 400 milyon dollar həcmində maliyyə ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

“Bu gün Norveçin müdafiə naziri Ukraynada olub. Bizim istehsal üçün – ilk növbədə pilotsuz uçuş aparatları üçün – 400 milyon dollar məbləğində yeni sərmayə qərarı qəbul olunub”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan Norveçin “Kongsberg Defence & Aerospace” şirkətinin ofisi artıq Ukraynada fəaliyyətə başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin