Almaniya Xarici İşlər Naziri münaqişənin diplomatik yolla həllinə çağırıb

2024/10/ed864-1727872960.jpg
Oxunub: 413     22:06     22 İyun 2025    
Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-nin İrana zərbələrindən sonra münaqişənin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, Vadeful bu fikirləri "ARD" televiziyasında səsləndirib.

"Hamı bilir ki, danışıqlar yolu ilə həll yolu lazımdır," – nazir bildirib və əlavə edib ki, İran ABŞ ilə birbaşa danışıqlara getməlidir.

Vadeful qeyd edib ki, Almaniya və Avropa müttəfiqləri bu danışıqlar prosesini dəstəkləməyə hazırdırlar.

"Bu münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlar mövcuddur," – deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   XİN  


Bizi "telegram"da izləyin