NYT: NASA İranın nüvə obyektində güclü istilik çıxışını qeydə alıb

2025/06/1750566539.jpg
Oxunub: 436     07:27     22 İyun 2025    
NASA-nın müşahidə sistemi ABŞ-nin hava zərbəsi elan etməsindən qısa müddət əvvəl Fordodakı İran nüvə obyekti yaxınlığında güclü istilik çıxışını qeydə alıb.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Agentliyə görə, istilik siqnallarından biri Prezident Donald Trampın İrana zərbələr endirildiyini elan etməsindən təxminən 30 dəqiqə öncə qeydə alınıb. Sistem adətən belə siqnalları bombardman yerlərində və ya böyük yanğınlar zamanı qeydə alır.

Bəzi hallarda sistem sənaye tullantılarını və ya təbii yanğınları qeydə ala bilsə də, son bir ay ərzində Fordo bölgəsində belə hadisələr qeydə alınmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   İran  


Bizi "telegram"da izləyin