Pakistanın cənub-qərbində bomba partlayışında iki təhlükəsizlik əməkdaşı ölüb

2025/02/1738904521.jpg
Oxunub: 407     23:03     21 İyun 2025    
Pakistanın cənub-qərbində Bəlucistan əyalətinin Kəlat rayonunda bomba partlayışı nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb, dörd nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Xinhua” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, partlayış rayonun Manqoçar bölgəsinin Coban kənd ərazisində patrul xidməti aparan təhlükəsizlik əməkdaşlarını daşıyan avtomobilin yanında baş verib.

Təhlükəsizlik qüvvələri və xilasetmə komandaları hadisə yerinə gəlib, ölənlərin cəsədlərini və yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Mənbə bildirib ki, hücum naməlum şəxslər tərəfindən məsafədən idarə olunan özəl hazırlanmış partlayıcı qurğudan istifadə edilərək həyata keçirilib.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin