Belarusda müxalifətçi Sergey Tixanovski azad edilib

2025/06/1750516481.jpg
Oxunub: 444     18:02     21 İyun 2025    
Belarus müxalifətçisi Sergey Tixanovski azadlığa buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Belarus KİV-i məlumat yayıb.

Onun azad edilməsi Belarus lideri Aleksandr Lukaşenkonun ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq ilə görüşü fonunda baş verib.

Qeyd edək ki, S.Tixanovski 29 may 2020-ci ildə saxlanılıb. 2021-ci il dekabrın 14-də isə kütləvi iğtişaşların təşkili, Mərkəzi Seçki Komissiyasının işinə maneə törətmə və ictimai asayişi kobud şəkildə pozan hərəkətlərin təşkili maddələri ilə 18 il həbs cəzasına məhkum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Tixanovski  


Bizi "telegram"da izləyin