Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb

2025/06/1750438358.jpg
Oxunub: 304     14:07     21 İyun 2025    
Almaniya Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehrandan Almaniya səfirliyini müvəqqəti olaraq qonşu ölkəyə köçürmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalına Almaniya XİN-dəki mənbə bildirib.

Diplomatik missiyasının hansı ölkəyə köçürüldüyü rəsmi olaraq açıqlanmır.

Nazirlik əməkdaşların təhlükəsizliyinin əsas prioritet olduğunu qeyd edib.

"Yaxın Şərqdəki xarici nümayəndəliklərimizin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yerlər üçün əlavə zəruri tədbirlər qəbul edilib", - mənbə vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İran  


Bizi "telegram"da izləyin