Ordu.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Stuttgarter Zeitung” qəzetinə bildirib.
"Almaniya hökuməti indi bunun üçün səy göstərməli və mümkün qədər tez bir zamanda Avropa üzərində "Dəmir günbəz" ucaltmalıdır", - o qeyd edib.
Siyasətçi bunu Yaxın Şərq və Ukraynada baş verən hadisələrlə əsaslandırıb. Y.Şpan "Dəmir günbəz" layihəsini transatlantik alyansın Avropa dayağı kimi təşviq etməyə çağırıb.
Onun fikrincə, Avropa yaxınlaşan raketlərdən, pilotsuz uçuş aparatlarından və digər uçuş aparatlarından özünü müdafiə etmək iqtidarında olmalıdır.
Ordu.az