Ordu.az xəbər verir ki, Tokionun qərarı Yaponiya-ABŞ müttəfiqliyində son zamanlar gərginliyin artmasının yeni əlaməti kimi qiymətləndirilir.
İyulun 1-də ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə Yaponiyanın müdafiə naziri Gen Nakatani və xarici işlər naziri Takeşi İvaya arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan “2+2” təhlükəsizlik danışıqları Tokio administrasiyası tərəfindən ləğv edilib.
İclasın ləğvi birbaşa ABŞ-nin Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun 3,5%-nə qədər artırması tələbi ilə bağlıdır. ABŞ daha əvvəl 3% tələb etmişdi.
Məsələ ilə tanış olan üç mənbəyə görə, yeni, daha yüksək büdcə tələbi son həftələrdə ABŞ Müdafiə Nazirliyinin üçüncü ən yüksək vəzifəli şəxsi Elbrik Kolbi tərəfindən təqdim edilib. Bu tələb Tokioda ciddi narahatlığa səbəb olub.
Sevinc Əliyeva
Ordu.az