Tramp: ABŞ hərbi xərcləri artırmaya bilər, amma NATO ölkələri bunu etməlidir

2025/06/1750480177.jpg
Oxunub: 294     04:49     21 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırması tələbi ABŞ-a şamil olunmamalıdır.

Ordu.az xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri Nyu-Cersi ştatında jurnalistlərlə söhbətində səsləndirib.

“Düşünürəm ki, onlar bunu etməlidirlər. Amma biz zənnimcə, yox. Çünki biz NATO-ya illərdir dəstək veririk, bəzən elə bil bütün xərcləri yalnız biz ödəyirik. Ona görə də hesab edirəm ki, bu tələb bizə aid olmamalıdır", – ABŞ Prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin