KİV: İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır

2024/04/1713587197.jpg
Oxunub: 388     17:35     20 İyun 2025    
İran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə yüksək vəzifəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

"Uranın zənginləşdirilməsindən tam imtina variantı ("sıfır zənginləşdirmə") xüsusilə indi, İsrailin zərbələri altında qəti şəkildə rədd ediləcək. Lakin biz Böyük Britaniya, Almaniya və Fransanın nüvə problemi ilə bağlı təşəbbüsünün nədən ibarət olduğunu eşitməliyik", - mənbə qeyd edib.

O əlavə edib ki, Avropa fövqəldövlətlərinin rolu daha əhəmiyyətli olub, çünki Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətində deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uran  


Bizi "telegram"da izləyin